DEAŞ-a qarşı əməliyyatlar uğurla davam edir

Kərkükdə, koalisiya qüvvələrinin dəstəklədiyi peşmərgə qrupları terror təşkilatı DEAŞ-a qarşı əməliyyat həyata keçirib.

254931
DEAŞ-a qarşı əməliyyatlar uğurla davam edir

Kərkükdə, koalisiya qüvvələrinin dəstəklədiyi peşmərgə qrupları terror təşkilatı DEAŞ-a qarşı əməliyyat həyata keçirib.
Əməliyyatlar nəticəsində 40 terrorist öldürülüb.
Peşmərgənin Cənub Regionu üzrə Komandiri Vasta Rəsul, Kərkükün 20 kilometr cənubunda üç istiqamətdən hərəkət etdiklərini deyərək; ‘‘Məktəb Halit, Dakuk və Harabarut istiqamətindən Havice və ətrafına yerləşən terroristlərə qarşı əməliyyatlara davam edirik. Artıq Cənubdakı Sultan Meri kəndini terrorçulardan azad etmişik’’ deyə vurğulayıb.
Peşmərgə Kərkük bölgəsinin Komandiri Hiva Abdullah da Nahravan kəndi və ətrafınada əməliyyatların davam etdiyini və DEAŞ üzvülərinin mövqelərini tərk etdiyini qeyd edib.
Peşmərgə, Kərkükü təhdid edən cənubdakı terroristləri püskürtmək üçün hazırlıqlara davam edirdi.
Bölgəyə çox sayda əsgər və hərbi texnika sövq edilib.
İraq Kürd Regional Rəhbərliyinin Başçısı Məsud Bərzani və İraq prezidenti Fuad Masum da Kərkükdə həyata keçirilən əməliyyatlar barədə məlumatlandırılıb.
Yeri gəlmişkən qeyd edək ki, Amerika Baş Qərargah Rəisi Martin Dempsey, Tikrikdəki DEAŞ mövqelərinə ötən həftə təşkil edilən əməliyyatdan sonra, dövlət və hökümət nümayəndələri ilə  fikir mübadiləsi aparmaq üçün İraqa səfər edib.
Dempsey, həfətə sonu Körfəz ölkələrində olub.
Martin Dempsey, Amerikan ordusunun, terror təşkilatı DEAŞ-a qarşı hava əməliyyatlarının sayını artırmayacaqlarını bildirib.
‘‘Əməliyyatların sıxlaşdırılması dinc əhaliyə zərər verə bilər’’ deyən Dempsey, ‘‘terroristlərin əlinə təbliğat vəsaiti verməmək lazımdır’’ deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr