Yəmən Müdafiə naziri ölkәdәn qaçıb

Müdafiə naziri general Mahmud es-Subeyhinin Adenә qaçdığı irəli sürülüb.

252978
Yəmən Müdafiə naziri ölkәdәn qaçıb

Yəməndə Husi döyüşçüləri tərəfindən evi mühasirəyә alınan Müdafiə naziri general Mahmud es-Subeyhinin Adenә qaçdığı irəli sürülüb.
Subeyhinin mühafizəçilərinin mәlumatına әsasәn Husilər tərəfindən paytaxt Sanada evi mühasirәyә alınan müdafiә naziri Adenә getdib.
Qeyd edәk ki, Müdafiə naziri Mahmud es-Subeyhinin paytaxt Sanadakı evi 24 Yanvar 2105-dәn bәri Husi mәnsubu silahlılar tәrәfindәn mühasirәyә alınıb.
Uzun müddətdir siyasi böhranın hökm sürdüyü Yəməndə hökumət və prezident Hadinin Yanvar ayında istefalarının açıqlanmasından sonra, Husilər, 6 Fevralda məclisi lәğv etdilәr.
Digәr tәrәfdәn Husilərin siyasətə silahlı müdaxiləsi, ölkədəki siyasi seqmentlər tərəfindən '' çevriliş "olaraq xarakterizə edilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr