"Minsk razılaşması, görünür, yalnız Rusiyaya yarayır"

Amerika Nümayəndələr Palatasının sədri John Boehner, Konqres üzvü Kevin Mccarthy və bir qrup səlahiyyətli şəxs prezident Barak Obamaya məktub yazaraq Ukraynaya silah yardımı etməyə çağırıblar.

251049
"Minsk razılaşması, görünür, yalnız Rusiyaya yarayır"

  Məktubda Obamaya Konqres tərəfindən keçən il tanınan, öldürücü xüsusiyyətlərə malik silah növlərinin transferi də daxil olmaqla Ukrayna ordusunu gücləndirmə planı yazılıb.

  İmza edənlər arasında 8 Respublikaçı və 3 Demokrat millət vəkili də var.

  Məktubda yazılıb: "Minsk razılaşması, görünür, yalnız Rusiya və separatçılarına yarayır. Ukraynalıların torpaqlarını müdafiə səylərini dəstəkləməyə istiqamətli əlavə səyləri sürətlə tətbiq etməliyik.”

  Xatırladaq ki, ötən ilin 18 dekabr tarixində Rusiyaya yeni sanksiyalar gətirən və Ukraynaya silah və digər yardımları ehtiva edən layihə təqdim olunmuşdu. Amma ABŞ rəhbərliyi bu zaman sanksiyalar tətbiq etmək niyyətində olmadığını, “əgər şərtlər tələb edərsə, rəhbərliyə əlavə səlahiyyətlər veriləcək” deyə bildirmişdi. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr