"Ölkənin müsəlman qadınları İŞİD-in adamlarıyla evlənməsinlər"

İraqda Tikritin İŞİD terror təşkilatından geri alınması üçün əməliyyatlar davam edir. Amerika Birləşmiş Ştatlarından xəbərdarlıqlar gəlməyə başlayıb.

249876
"Ölkənin müsəlman qadınları İŞİD-in adamlarıyla evlənməsinlər"

  Tikritə istiqamətli əməliyyatda İraq əsgərləri ilə birlikdə şiə və sünni könüllü birlikləri də iştirak edir.

  Amerika Birləşmiş Ştatlarından Ağ Evin sözçüsü Cas Ernest (Josh Earnest) İraq rəhbərliyini xəbərdar edərək bildirib ki, “İranın iştirakı olarsa, bölgədə məzhəb qarşıdurmaları yarana bilər”.

  Amerikanın baş qərargah rəisi general Martin Dempsi (Dempsey) də Tikritdə sürən əməliyyata istinad edərək "Bu, İran dəstəyinin ən açıq şəklidir" deyib.

  Beynəlxalq Əfv Təşkilatı və İnsan Haqqları Təşkilatı da Tikrit əməliyyatında məzhəb ayrı-seçkiliyi salmamağa çağırıblar.

  Misir Fitva dairəsi isə bu qərarı açıqlayıb ki, “Ölkənin müsəlman qadınları İŞİD-in adamlarıyla evlənməsinlər. Çünki bu evliliklərlə qadınları terror niyyətlərinə bürümək istəyirlər."




Etiketlәr:

Әlaqәli Xәbәrlәr