BBC qadağan olunmuş filmi göstərəcək

BBC qadağan olunmuş filmi göstərəcək

250171
BBC qadağan olunmuş filmi göstərəcək

  Hindistanda 2012-ci ildə gənc bir qızın avtobusda 6 kişi tərəfindən cinsi təcavüzə məruz qalması və vəhşicəsinə öldürülməsindən bəhs edən sənədli filmi İngiltərənin BBC kanalı 8 martda yayınlayacaq. Halbuki Yeni Delhi və Hindistan Daxili İşlər Nazirliyi filmin nümayişinə həm öz, həm başqa ölkələrdə göstərilməsinə qadağa qoyub.

  Hindistan Daxili İşlər naziri Rajnath Singh bildirib ki, “Bu təcavüz hadisəsini qınayırıq, amma bu tragediyanı ticarət maraqlarına alət etmək istəyənlərə də izn verməyəcəyik”.

  Maraqlıdır ki, filmin müəllifi Udvin (Udwin) özü də bir təcavüz qurbanıdır. Amma hadisəni şərh edərkən qadın hüquqlarının müdafiəçisindən daha çox qurbanı günahlandıran bir tərəf kimi danışıb, öldürülən qız üçün "gecə çölə çıxmasaydı" deyib, eyni zamanda, təcavüz günahlarında qadınların da rol oynadığını söyləyib.

  Amma Udvin bu sənədli filmin bir etiraz xüsusiyyəti daşıdığını, məhkumla müsahibəni isə Hindistan Daxili İşlər Nazirliyindən icazə alaraq reallaşdırdığını ifadə edir.

  Xatırladaq ki, hadisədən sonra hindli qıza təcavüz edənlərdən biri həbsxanada özünü asıb, biri yaşı kiçik olduğu üçün islahetmə müəssisəsinə göndərilib, aralarında müsahibə verənin də olduğu 4 adam isə edam cəzasına məhkum olunub.

  Tez-tez təcavüz hadisəsinin yaşandığı Yeni Delhidə 3 il əvvəlki bu hadisə ilə bağlı yüz minlərlə adam küçələrə düşərək nümayişlərlə etiraz da bildirmişdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr