Psaki DEAŞ mövzusunda Türkiyəyə dəstəyini dilə gətirib

Psaki, Milli Kəşfiyyat İdarəsinin direktoru Kleppırın Türkiyənin ilk növbədə DEAŞ ilə mübarizə aparmadığı sözləri qarşısında Türkiyəni müdafiə edib.

241233
Psaki DEAŞ mövzusunda Türkiyəyə dəstəyini dilə gətirib

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki, Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Kleppırın (Ceyms Kleppır) Türkiyənin ilk növbədə DEAŞ ilə mübarizə aparmadığı sözləri qarşısında Türkiyəni müdafiə edib.
Paytaxt Vaşinqtonda təşkil edilən mətbuat konfransında, Klapperın sözləri ilə əlaqədar suallara cavab verən Psaki deyib ki, bu açıqlamalarla bağlı Milli Kəşfiyyat İdarǝsinǝ sual verilmǝlidir. Ancaq mǝn bunu demǝliyǝm ki, Türkiyə bizim üçün önǝmli bir müttǝfiq ölkǝ olmaqda davam edir.
Türkiyənin, beynǝlxalq koalisiyanın DEAŞ-a qarşı mübarizəsində lazım olan hər cür addımı atdığını vurğulayan Psaki bildirib ki, yalnız hərbi baxımdan deyil, xarici ölkǝ vǝtǝndaşlarından DEAŞ-a qoşulan döyüşçülər vǝ maliyyə mövzularında da hǝr addımı atmışdır. Başdan bəri ifadə etdiyimiz kimi bu mövzuda, beynǝlxalq alǝmin yerinǝ yetirǝcǝyi hǝlǝ çox şey var. Türkiyənin də aralarında olduğu ölkələrlə, bu mövzuda bu addımları atdıq.
Psaki, Türkiyənin suriyalı müxalifǝt qüvvǝlǝrinin hazırlığına dair proqrama da dəstək verdiyini ifadə edib.
Qeyd edǝk ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Kleppır, Türkiyənin ilk növbədə DEAŞ ilə mübarizə aparmadığını və bunun nəticəsində təşkilata qatılan xarici döyüşçülərin 60 faizinin Suriyaya gedərkən marşrut olaraq Türkiyədən istifadə etdiyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr