Ukraynanın paytaxtı Kiyevdǝ toplantı keçirilib

Krım tatarlarının Ukraynanın ǝrazi bütövlüyünü müdafiǝ edǝrǝk Simferopolda etiraz mitinqi keçirmǝlǝrinin birinci ildönümü ilǝ ǝlaqǝdar Ukraynanın paytaxtı Kiyevdǝ toplantı keçirilib.

239636

Toplantıda Krımın Rusiya tǝrǝfindǝn qeyri-qanuni ilhaqı vǝ ordakı son vǝziyyǝt müzakirǝ edilib.
Toplantıya Krım Tatar xalqının milli lideri, Ukrayna prezidǝntinin Krım tatarlarından mǝsul nümayǝndǝsi vǝ Ukrayna millǝt vǝkili Mustafa Cǝmil Kırımoğlu, Krım Tatar Milli Mǝclisinin sǝdri Rifat Çubarov vǝ bǝzi ukraynalı rǝsmilǝr dǝ qatılıb.
Cǝmil Krımoğlu toplantıda çıxış edǝrǝk, Ukraynanın bölgǝyǝ nǝzarǝt etdiyi dövrdǝ Krımdakı Rusiya tǝrǝfdarı qüvvǝlǝrǝ qarşı heç bir tǝdbir görmǝdiyini deyib.
Ukrayna prezidenti Poroşenkonun Krıma göndǝrilǝn ǝrzaq vǝ enerji nǝqliyyatını dayandırmasının vacibliyini dilǝ gǝtirǝn Kırımoğlu, “madam ki Rusiya Krımı işğal edib, insanları ǝrzaq vǝ enerji ilǝ tǝmin etməyə borcludur” diyə bildirib.
Kırımoğlu insanların Rusiyaya aid Krımın heç bir gǝlǝcǝyinin olmadığını çox yaxşı başa düşdüyünü də qeyd edib.
Krım Tatar Milli Mǝclisi sǝdri Rifat Çubarov da, Ukrayna rǝhbǝrliyini, Krım ilǝ quru vǝ dǝmir yolu nǝqliyyatını bǝrpa etmǝyǝ çağırıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr