Fransada pilotsuz uçan aparat görülüb

Fransanın paytaxtı Parisin mərkəzində iki gecədir görülən və çaxnaşmaya səbəb olan pilotsuz uçan aparatın jurnalistlər tərəfindən uçurulduğu iddia edilib.

238731
Fransada pilotsuz uçan  aparat görülüb

Fransanın paytaxtı Parisin mərkəzində iki gecədir görülən və çaxnaşmaya səbəb olan pilotsuz uçan aparatın jurnalistlər tərəfindən uçurulduğu iddia edilib.
Fransa polisi, “Əl Cəzirə”televiziyasında çalışan üç jurnalistin icazəsiz pilotsuz hava aparatları uçurduqları üçün nəzarətə alındıqları açıqlanıb.
Jurnalistlərin adları və hansı ölkə vətəndaşı olduqları açıqlanmayıb.
Qeyd edək ki, Parisdə bazar ertəsi və çərşənbə axşamı gecələr Eyfel qülləsi, Amerika səfirliyi və böyük meydanlar üzərində pilotsuz hava aparatı görülmüşdü.
Son mılumatlara görə nəzarət altına alınan 3 jurnalistin 2-si sərbəst buraxılıb digərinin  isə gələcək həftə hakim qarşısına çıxarılması gözlənilir.
Mövzuyla bağlı istintaq davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr