İngiltərədən Ukraynaya hərbi təlim dəstəyi

İngiltərənin baş naziri Devid Kameron (David Cameron) Ukraynaya gələn ay təlim məqsədiylə hərbi personallar göndərəcəklərini açıqlayıb.

236330
  İngiltərədən Ukraynaya hərbi təlim dəstəyi

  İngiltərə Parlamentinə məlumat verən Kameron amma “Ukrayna ordusuna silahla dəstək olmayacaqlarını, sadəcə hərbi təlim verəcəklərini” bildirib. Bu təlim proqramları taktiki kəşfiyyat məntiqi və tibbi yardım mövzularını əhatə edəcək.

  Beləliklə, mart ayının əvvəllərində 75 ingilis əsgəri Ukraynanın qərbinə gedərək 6 ay müddətinə bu ölkədə olacaqlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr