"Boko Haram"-a qarşı əməliyyatlar davam edir

Nigeriyalı hərbiçilər ölkənin şimal-şərqindəki strateji əhəmiyyətə malik Bağa şəhərini “Boko Haram”-dan geri alıb.

227336
"Boko Haram"-a qarşı əməliyyatlar davam edir

Nigeriyalı hərbiçilər ölkənin şimal-şərqindəki strateji əhəmiyyətə malik Bağa şəhərini “Boko Haram”-dan geri alıb.
Hərbi hava qüvvələrinin də dəstəyi ilə hərbiçilər Çad gölünün kənarında olan Bağa şəhərini “Boko Haram” silahlılarından təmizləyib.
Qeyd edək ki, “Boko Haram” silahlıları bu şəhəri ələ keçirərkən dəhşətli bir qətliama səbəb olmuşdu.
Son döyüşlərdə isə silahlıların böyük itkilər verdiyi bildirilir.
Digər tərəfdən Çad gölünün Nigerə aid Karamqa adasında “Boko Haram” ilə Nigər hərbiçiləri arasındakı toqquşmada 15 silahlı və 23 hərbiçi ölub.
Bölgə ölkələri üçün təhlükəli sayılan bu terror qruplaşması ən az 10 000 insanaın ölümündə günahkar bilinir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr