Kreyg Hiks üçün mǝhkǝmǝ işi qaldırılıb

Üç müsǝlmanı qǝtlǝ yetirǝn qatil üçün mǝhkǝmǝ işi qaldırılıb.

220581
Kreyg Hiks üçün mǝhkǝmǝ işi qaldırılıb

 ABŞ-ın Şimali Karolina (Carolina) ştatında 3 müsǝlman gǝnci öldürǝn şübhǝli Kreyg Hiks (Craig Hicks) haqqında birinci dǝrǝcǝli adam öldürmǝ vǝ yaşayış mǝntǝqǝsindǝ silahdan istifadǝ etmə maddələri əsasında iş qaldırılıb.
Hal-hazırda Kreyg Durham bölgǝsindǝ nǝzarǝt altında saxlanılır.
Qeyd edǝk ki, Hiks Çepıl Hil (Chapel Hill) qǝsǝbǝsindǝ fevralın 10-da diş hǝkimliyi tǝlǝbǝsi, 23 yaşlı Deah Bǝrǝkǝt, 21 yaşlı hǝyat yoldaşı Yusor Mǝhǝmmǝd Әbu Salha vǝ 19 yaşındakı baldızı Razan Mǝhǝmmǝdi başından vuraraq öldürüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr