ABŞ-ın yeni müdafiǝ naziri Karter

ABŞ Senatı cümə axşamı günü Eşton Karteri ölkənin yeni müdafiə naziri təyin olunmasını təsdiqləyib.

217672
ABŞ-ın yeni müdafiǝ naziri Karter

ABŞ Senatı cümə axşamı günü Eşton Karteri ölkənin yeni müdafiə naziri təyin olunmasını təsdiqləyib.
Karter, Pentaqonun rəhbəri postunda Çak Heyqeli əvəzləyəcək.
100 senatorun 93-ü Eşton Karterin lehinǝ, 5-i isǝ ǝleyhinǝ sǝs verib.
Təcrübəli idarəedici sayılan 60 yaşlı Karterin bu vəzifəyə namizədliyi ötən ilin sonlarında prezident Barak Obama tərəfindən irəli sürülüb. O, 2011-2013-cü illərdə Pentaqon başçısının birinci müavini postunu tutub.
Karter, daha öncǝ dǝ hǝm Obama hǝm dǝ keçmiş prezident Bill Klınton dövründǝ Pentaqonda müxtǝlif vǝzifǝlǝrdǝ çalışıb, keçmişdǝ akademiya dünyası ilǝ özǝl sektorda da işlǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr