Belarusun paytaxtı Minskdә toplantı

"Ukrayna tәmas qrupu" Belarusun paytaxtı Minskdә toplaşdı.

216069
Belarusun paytaxtı Minskdә toplantı

"Ukrayna tәmas qrupu" Belarusun paytaxtı Minskdә toplaşdı
Avropa Tәhlükәsizlik vә Əmәkdaşlıq Tәşkilatının (ATƏT) Rusiya, Ukrayna vә bu ölkәnin şәrqindәkı separtçıların nümayәndәlәrindәn tәşkil edilmiş Tәmas Qrupu bir araya gәlib.
Rusya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Ukrayna prezidenti Pyotr Poroşenko vә Fransa dövlәt başçısı Fransua Ollandın qatılacağı zirvә görüşü öncәsi mәtbuat üçün qapalı keçirilәn toplantıda son detallar müzakirә olunub.
Görüşә Ukrayna adınan sabiq dövlәt başçısı Leonid Kuçma, Rusiyanın Kiyevdәki sәfiri Mixail Zurabov, ATƏT-in Kiyev tәmsilçisi Haydi Taqliavini vә Ukraynanın şәrqindәn ayrılacaqlarını elan etmiş Donetsk ve Luhansk tәmsilcilәri Denis Puşilin vә Vladislav Deyneqo qatılıb.
Toplantıda tәrәflәr Ukraynanın şәrqindә atәşkәsin pozulmaması ilә bağlı bir sıra mәsәlәlәri nәzәrdәn keçiriblәr.
Bu arada, Amerika Birlәşmiş Ştatlarının prezidenti Barak Obama Minsk zirvә toplantısı әrәfәsindә Rusya prezidenti Vladimir Putin vә Ukrayna dövlәt başçısı Pyotr Poroşenko ilә telefonla danışıb.
Obama Putin ilә danışıqlarda ölkәsinin Ukraynanın tәhlükәsizliyi vә әrazi bütövlüyünә dәstәk verdiyini bir daha ifadә edib.
Obama Poroşenko ilә danışıqlarda da böhran bölgәsindә Ukrayna vәtәndaşlarının hәlak olmasından üzüldüyünü deyәrәk onların ailәlәrinә başsağlığı verib vә mövcud sülh danışıqlarına güclü dәstәk verәcәyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr