İslam və immiqrant əleyhdarı nümayiş

Almaniyada İslam və immiqrant əleyhdarı nümayiş keçirilib.

214463
İslam və immiqrant əleyhdarı nümayiş

Almaniyada İslam və immiqrant əleyhdarı nümayiş keçirilib
Almaniyada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar hərəkəti (PEGİDA)-dan ayrılan Kathrin Oertelin formalaşdırdığı "Avropa üçün Doğrudan Demokratiya (DDFE)" dərnəyi ötәn gün nümayiş təşkil edib.
Dresden şəhərinin simvolu olan '"Frauenkirche" kilsənin önündəki Meydanda tәşkil edilәn nümayişə, təxminən 500 nәfәr qatılıb.
Oertel mitinqdә etdiyi çıxışında, DDFE ilə "xalqın səsi olmaq" istədiklərini qeyd edib.
"Yenidən başlayırıq" deyәn Oertel, birbaşa demokratiya, ifadə azadlığı, daxili təhlükəsizlik, miqrasiya qanunu, pensiya və ailə siyasəti, sülh siyasəti və Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı məsələlərinin әks etdiyi və DDFE-nin hədəfləri arasında yer alan 7 maddəlik strateji sənədini təqdim edib.
Söz mövzusu strategiya sənədində PEGIDA-da olduğu kimi "Avropanın İslamlaşmasıyla" əlaqədar heç bir maddәnin yer almaması diqqət çəkib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr