"Dollar milyarderləri"nin sayı bir ildə 222 nəfər artıb

Bu, bir il üçün rekord rəqəm sayılır. Amma neftin qiymətinin aşağı düşməsi bir çox milyarderin də siyahıdan çıxmasına səbəb olub.

212946
"Dollar milyarderləri"nin sayı bir ildə 222 nəfər artıb

  Çinin mərkəzi araşdırma şirkəti olan “Hurun Qlobal Varlılar Siyahısı”na görə, 2014-cü ildə dünyadakı milyarderlərin sayı 222 nəfər artaraq 2089-a çatıb. Şirkətin İdarə Heyətinin sədri və baş tədqiqatçısı Rupert Hoogewerf “Siyahıya yeni daxil olanlar daha çox texnologiya sahəsiylə bağlıdır” deyib.

  “Qlobal Varlılar Siyahısı”nda 649 milyarderin əmlakı keçən bir il ərzində artıb, 230 nəfərdə sabit qalıb, 839-unun var-dövlətində isə azalma baş verib. Siyahıya 341 nəfər yeni daxil olub, 95 nəfər isə mülkiyyətlərinin azalması səbəbiylə çıxıb.

  Verilən məlumata görə, Bil Qeyts (Bill Gates), Karlos Slim (Carlos Slim) və Voren Baffetin (Warren Buffet) var-dövləti dəqiqədə 100 min dollar artaraq milyardlara yüksəlib.

  2014-cü ilin ən varlı şəxsi Bill Gatesin sərvəti 25 faiz artaraq 85, ikinci yerdə olan Slim 38 faiz artımla 83, üçüncü yerdəki Buffet isə 19 faizlə 76 milyard dollara sahib olublar.

  Neft qiymətlərinin düşməsi, Ukraynadakı böhran və Qərbin iqtisadi təzyiqi ilə əlaqədar Rusiya milyarderlərinin sərvəti 60 faiz azalıb. Ən böyük itki 77 faizlə “Lukoil”un sahibləri Vladimir Yevtuşenkov və Vahid Ələkbərovun sərvətlərində olub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr