Makkeyn: ‘‘ABŞ-İsrail arasında əlaqələr ən aşağı səviyyədədir’’

Sabiq prezidentliyə namizəd, respublikaçı senator Con Makkeyn televiziya kanalına verdiyi açıqlamada Vaşinqton ilə Təl-əviv arasındakı əlaqələri qiymətləndirib.

206372

Makkeyn Obama kimi İsrail ilə çətin əlaqə quran ikinci bir prezidenti tanımadığını bildirib.
Nüvə sahəsində Fələstin və İranla aparılan müzakirələrə də toxunan Makkeyn deyib ki, Obamanın İsraillə əməkdaşlığının səviyyəsi ilə bağlı gözləntiləri reallığı əks etdirmir.
Qeyd edək ki, son vaxtlar ABŞ-İsrail əlaqələri prezident Obamanın Nümayəndələr Palatasının sədri Con Boehnerin dəvətiYlə mart ayında Konqresdə çıxış etmək üçün Vaşinqtona gələcək İsrail baş naziri Binyamin Netanyahu ilə görüşməyəcəyi ilə bağlı açıqlamasından sonra gərginləşib.
Boehnerin Ağ Ev ilə məsləhətləşmədən Netanyahunu dəvət etməsi narazılığa səbəb olub.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr