Avropa İttifaqının səlahiyyətlisi  Afinada

Avropa Parlamentinin rәhbәri Martin Schulz Yunanıstanda keçirilәn parlament seçkisində qәlәbә qazanan Aleksis Çiprasla görüşüb.

202634
Avropa İttifaqının səlahiyyətlisi  Afinada

Avropa Parlamentinin rәhbәri Martin Schulz Yunanıstanda keçirilәn parlament seçkisində qәlәbә qazanan Aleksis Çiprasla görüşüb.
Schulz Çiprasla bir sıra mәsәlәlәrdә razılıq əldə etsə də, müzakirə ediləcək bәzi mәqamların olduğunu da bildirib.
Martin Şulz Yunanıstan hökumətinin iqtisadi böhranın hәllindә avropalı tərəfdaşları ilə әmәkdaşlıq etmәsinin vacibliyini qeyd edib.
‘‘Avropada Çiprasın öz yolu ilә gedәcәyi qorxusu vardı, ancaq bu görüşdən sonra mən belә bir narahatlığa әsas görmürәm’’ deyən Schulz Yunanıstanın borcları mәsәlәsindә dә avropalı ortaqlarıyla anlaşacağını ifadә edib.
Çipras məqsədlərinin Avropa İttifaqı ilə qarşıdurma deyil, iqtisadi böhranla bağlı yeni planları müzakirə etmək olduğunu bildirib.
Qeyd edək ki, Schulz seçkidәn sonra Afinaya gәlən ilk avropalı səlahiyyətli olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr