Fələstinlilərə edilən yardım dayandırılıb

BMT-nin Fələstinli Mühacirlərə Yardım Quruluşu,İsrailin Qəzzaya təşkil etdiyi son hücumlar nəticəsində evləri yıxılan ailələrə edilən yardımın maliyyə probleminə görə dayandırıldığını bildirib.

198727
Fələstinlilərə edilən yardım dayandırılıb

BMT-nin Fələstinli Mühacirlərə Yardım Quruluşu, İsrailin Qəzzaya təşkil etdiyi son hücumlar nəticəsində evləri yıxılan ailələrə edilən yardımın maliyyə probleminə görə dayandırıldığını bildirib.
Quruluş, Qəzzanın bərpası üçün Misirin paytaxtı Qahirədə keçirilən konfransda tələb edilən 724 milyon dollardan yalnız 135 milyon dolların toplana bildiğini açıqlayıb.
Açıqlamada, büdcə kəsiri səbəbiylə evləri yıxılan ailələrin yenidən köçə məcbur edilə biləcəyi xəbərdarlığı edilib.
Qəzzaya İyulun 7-də başlayan və 51 gün davam edən hücumlar zamanı evləri yıxılan təxminən 15 min nəfər hələ də, BMT-nin Fələstinli Mühacirlərə Yardım Quruluşuna aid məktəblərdə həyat mübarizəsi aparırlar.
Qeyd edək ki, hücumlarda 2 mindən çox fələstinli həyatını itirmiş, 11 mindən çox adam yaralı xilas olmuş və 92 minə yaxın bina isə zərər görmüşdü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr