Avropa İttifaqı İnsan Haqları Məhkəməsinin son qərarı gözlənilir

İsveçrədə "Erməni soyqırımı yoxdur" demək suç kimi qəbul edilməyə bilər.

198578
Avropa İttifaqı İnsan Haqları Məhkəməsinin son qərarı gözlənilir

İsveçrədə "Erməni soyqırımı yoxdur" demək suç kimi qəbul edilməyə bilər.
Avropa İttifaqı İnsan Haqları Məhkəməsində qaldırılan “Perinçek - İsveçrə” məhkəməsində son qərar gözlənilir.
Apelyasiya məhkəməsinin qərarı digər ölkələrdə də tədbiq olunacaq.
İşçi Partiyasının rəhbəri Doğu Perinçek və müşayiətindəki heyət, Strasburq şəhərində, yanvarın 29-də qaldırılacaq məhkəmə barədə hava limanında açıqlama verərək deyib ki, “Avropa İnsan Haqları Məhkəməsi 2013-cü ildə çox cəsur bir qərar verdi. İndi də eyni qərarı gözləyirik.
Qeyd edək ki, bu proses, MHP millət vəkili Yusuf Halaçoğlunun soyqırım iddialarının həqiqəti əks etdirmədiyini sözlərinə görə başlamışdı və onun haqqında İsveçrədə istintaq başlamışdı.
İstintaqa etiraz edərək Lozannaya gedən Doğu Perinçek, eyni iddianı bir daha dilə gətirdiyi üçün saxlanılmış, sonra da həbs edilmişdi.
Avropa İttifaqı İnsan Haqları Məhkəməsinə müraciət edən Perinçek, 5 il davam edən hüquq mübarizəsinin ardından, İsveçrəni ifadə azadlığına qarşı olduğu səbəbindən təzminat ödəməyə məhkum etdirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr