Cənubi Koreyada baş nazir əvəzləndi

Amma yeni baş nazir hələ işə başlaya bilmir

195669
 Cənubi Koreyada baş nazir əvəzləndi

  Cənubi Koreyanın dövlət başçısı Park Qen He (Park Geun-hye) baş naziri dəyişib. O, səbəb olaraq son zamanlar ictimaiyyətin hökumətə etibarının azalması və medianın təzyiqini qeyd edib vǝ partiyasının sədri Li Oan Kuyu (Lee One-koo) bu vəzifəyə qoyub. Amma Li (Lee) işə başlamaq üçün Parlamentin təsdiqini almalıdır. Buna görə Çunq Honq Von (Chung Hong-won) hələ dövlət başçısından sonra Cənubi Koreyada ən səlahiyyətli adam sayılır.
  Xatırladaq ki, Çunq böyüklü-kiçikli 304 adamın ölümü ilə nəticələnən 16 aprel bərə faciəsindən sonra dövlət başçısına istefa ərizəsi vermişdi, amma bu, Park Qen Ne tərəfindən qəbul edilməmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr