Somalinin paytaxtı Moqadişuda inttihar hücumu

Türk nümayәndә heyətinin qaldığı otelin qarşısında bomba yerlәşdirilmiş avtomobil patladılıb.

194638
Somalinin paytaxtı Moqadişuda inttihar hücumu

Somalinin paytaxtı Moqadişuda Türk nümayәndә heyətinin qaldığı otelin qarşısında bomba yerlәşdirilmiş avtomobil patladılıb. Hadisәdә 3 polis işçisi hәyatını itirib.
Prezident Ərdoğanın Somaliyә edәcәyi sәfәr ilә bağlı hazırlıqlar aparmaq mәqsәdiylә Moqadişuda olan Türk heyətindә yer alanların vәziyyәtlәrinin yaxşı olduğu bildirilir. İntihar hücumu ilә Türk heyətinin hədəf götürülüb götürülmәdiyi haqda konkret mәlumat yoxdur.
Xarici İşlər Nazirliyinin hadisә ilә bağlı açıqlamasında bildirilir ki, Türk heyətindә can olmayıb. Hadisәdәn sonra təhlükəsizlik tәdbirlәri artırılıb. Qeyd edәk ki, hücumu əl-Qaidə ilә әlaqәli Eşşebab təşkilatı üzәrinә götürüb


Etiketlәr:

Әlaqәli Xәbәrlәr