ABŞ Konqresindən Netanyahuya dəvət

İsrail baş naziri Benyamin Netanyahunu, 11 Fevralda baş tutacaq Konqresin ortaq iclasında çıxış edәcәk.

193528
ABŞ Konqresindən Netanyahuya dəvət

Amerika Birləşmiş Ştatları Konqresi, İsrail baş naziri Benyamin Netanyahunu, 11 Fevralda baş tutacaq Konqresin ortaq iclasında çıxış etmәsi üçün dəvət edib.
Nümayəndələr Palatası rәhbәri Başçısı John Boehner tərəfindən dəvət məktubu göndərilən iclasda İran mәsәlәsi müzakirәyә çıxarılacaq.
John Boehnerin, sözlәrinә görә dəvət, İsrail xalqının təhlükəsizliyi və rifahına olan sәdaqәtin göstəricisidir.
Baş nazir Netanhayunu “radikal İslam və İranın təhlükəsizliyimizә qarşı yaratdığı tәhdidlәr” mövzusunda Konqresdә çıxış etmәsi üçün dәvәt edirәm” deyәn Boehner, “problemlәrә qarşı әmәkdaşlıq çәrçivәsindә mübarizә zamanıdır” deyә vurğulayıb.
Qeyd edәk ki, Boehnerin Netanyahunu dәvәt etmәsinә Ağ Ev və Dövlәt Katibliyindәn narazılıq ifadә olunub. Ağ Ev protokol qaydalarının nәzәrә alınmadığını söylәyib vә dəvəti tənqid edib.
Netanyahu daha əvvəl də 1996-cı ilin iyulu vә 2011-ci ilin mayında Amerika Birləşmiş Ştatları Konqresinin ortaq iclasında çıxış edib.
Prezident Barak Obama İranla müzakirələr davam edərkən, bu ölkәyә yeni sanksiya tәtbiqinә dair hazırlanan layihәyә mәnfi münasibәt bildirәrәk veto qoya bilәcәyini açıqlayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr