Ukraynaya qaz nәqli

Rusya Ukrayna vә Avropaya qaz nәqlindәki son durumu dәyәrlәndirib.

192408
Ukraynaya qaz nәqli

Rusya Ukrayna vә Avropaya gaz nәqlindәki son durumu dәyәrlәndirib.
Rusya Baş naziri Dmitriy Medvedevin başçılığı ilә keçirilәn toplatıya Enerji naziri Aleksandr Novak ilә “Gazprom”un rәhbәri Aleksey Müller dә qatılıblar.
Toplantıda Medvedevә mәlumat verәn “Gazprom”un rәhbәri Ukrayna ilә "qış paketi" razılaşmasının aprelin 1-dә başa çatacağını vә bu tarixdәn sonra satışların köhnә tarifә uyğun hәr min kubmetr qazın 485 dollara hesablanacağını bildirib.
Müller Ukraynanın yanvar ayı üçün 1 milyard kubmetr qazın pulunu әvvәlcәdәn ödәnildiyini xatırladaraq, bundan sonra 600 milyon kubmetr qazın verilmәli olduğunu deyib.
Enerji naziri Novak da Avropa İttifaqı ilә tranzit qaz anlaşmasının 2019-cu ildә başa çatacağını bildirәrәk, bu tarixdәn sonra Avropaya qaz nәqlinin "Türk axını" üzәrinden hәyata keçirilәcәyini ifadә edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr