"ABŞ iqtisadi böhrandan xilas olub"

Barack Obama ölkəsində iqtisadi böhranın sonlandığını bildirib.

192908
 "ABŞ iqtisadi böhrandan xilas olub"

ABŞ prezident Barack Obama ölkəsində iqtisadi böhranın sonlandığını, Rusiya iqtisadiyyatınınsa təcrid olunduğunu bildirib. Amerika prezidenti deyib."Ötən il biz müttəfiqlərimizlə sanksiyalara başlayaraq ağır işin öhdəsindən gəldik. O zaman bəziləri deyirdi ki, cənab Putinin aqressiyası strateji güc və düşüncənin usta göstərişidir. Amma indi belədir: hazırda Amerika güclüdür, müttəfiqləri ilə eyni fikirdədir, amma Putinin iqtisadiyyatı isə baş-ayaq olub".
"Biz böyük ölkələrin kiçikləri qorxuda bilməməsi prinsipini əsas götürürük - biz Rusiya aqressiyasına qarşı gəlirik, Ukraynada demokratiyanı dəstəkləyirik və NATO üzrə müttəfiqlərimizi həvəsləndiririk".
Administrasiyasının xarici siyasətinin uğurlarını qeyd edən Obama, Rusiyanın Krımı birləşdirməsi və Ukraynanın şərqində separatçıları dəstəkləməsinə görə kənarlaşdırılmasını misal gətirib. Siyasətdən çox dəyərlərə toxunan, Obama Amerikanın depressiya dövründən sonra ən pis iqtisadi tənəzzül dövrünün sona çatdığını bildirib. O, çalışan ailələrə xitabən deyib ki, onun strategiyası "orta təbəqə" üçündür.
"15 il sonra harada olacağımızı bilmək üçün indidən seçim etməliyik. Orta təbəqə iqtisadiyyatı xeyirlidir. İmkanları genişləndirmək xeyirlidir. Bu siyasət başqa problem yaranmayana qədər işləyəcək". O, həmçinin bildirib ki, ölkə İraq və Əfqanıstanda müharibəni bitirib. Obamanın "Ölkənin vəziyyəti stabildir" cümləsi isә ən çox alqışla qarşılanıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr