Qaçırılanların yaxınları hərbi bazalara daxil ola biləcək

Meksikada qaçırılan 43 şagirdin yaxınları onları axtarmaq üçün hərbi bazalara daxil ola biləcək.

186526
Qaçırılanların yaxınları hərbi bazalara daxil ola biləcək

Meksikada qaçırılan 43 şagirdin yaxınları onları axtarmaq üçün hərbi bazalara daxil ola biləcək. İcazə verilsə də girişlərin nizamlı olmasının vacibliyi vurğulanıb. Müdafiə Nazirliyindən verilən açıqlamada baş verən hadisələrdə 11 əsgərin yaralandığı bildirilir. Açıqlamada çoxunun üzü bağlı olan təxminən 200 nəfərin bazaya girməyə çalışdığı, əsgərlərə daş və şüşələrlə hücum etdiyi qeyd olunub.
Ordu səlahiyyətliləri, tələbələrin itməsi ilə ordunun əlaqəsinə dair heç bir dəlilin olmadığını açıqlayıb.
Xatırlıadaq ki, Meksikada, ölkənin cənubundakı Guerrero əyalətində keçən ilin sentyabr ayında 43 şagird qaçırılmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr