ABŞ Fǝlǝstinin atdığı addımlardan narahatdır

ABŞ Fǝlǝstinin beynǝlxalq 20 sazişǝ tǝrǝf olmaq üçün atdığı addımlardan narahatdır.

173999
ABŞ Fǝlǝstinin atdığı addımlardan narahatdır

ABŞ Fǝlǝstinin beynǝlxalq 20 sazişǝ tǝrǝf olmaq üçün atdığı addımlardan narahatdır.
ABŞ Dövlǝt Departamenti Fǝlǝstinin bu sahǝdǝ atdığı addımı “mǝqsǝdǝ zǝrǝr verir” şǝklindǝ dǝyǝrlǝndirib.
Dövlǝt Departamentinin rǝsmi nümayǝndǝsi Cen Psaki, gündǝlik mǝtbuat toplantısında, bütün tǝrǝflǝrin gǝrginliyin azaldılması üçün ǝmǝkdaşlıq yollarına üz tutmasının vacibliyini dilǝ gǝtirib.
Psaki, Fǝlǝstinin bu addımının, Fǝlǝstin xalqının müstǝqil vǝ suverenliyinǝ qovuşmuş bir dövlǝt istǝyinǝ dǝstǝk olmadığını, hǝtta sülhün yaranması üçün göstǝrilǝn cǝhdlǝrǝ dǝ ciddi zǝrǝr verdiyini irǝli sürüb.
İsrailin Fǝlǝstinǝ vergi gǝlirini göndǝrmǝyi dayandırmasına dair qǝrarını da gǝrginliyi artıran vǝ birbaşa müzakirǝlǝrin başlamasını çǝtinlǝşdirǝn bir addım olduğuna işarǝ edǝn Psaki, gǝrginliyi dǝrinlǝşdirǝn addımlara qarşı olduqlarını ifadǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr