Rousseff ikinci dəfə prezident seçilib

Braziliyada keçirilən prezident seçkisində ikinci dəfə seçilən Dilma Rousseff, ötən gün andiçmə mərasimi ilə vəzifəsinə başlayıb.

168560
Rousseff ikinci dəfə prezident seçilib

Braziliyada keçirilən prezident seçkisində ikinci dəfə seçilən Dilma Rousseff, ötən gün andiçmə mərasimi ilə vəzifəsinə başlayıb.
Təhlükəsizlik tədbirləri ilə təşkil edilən andiçmə mərasimində Türkiyəni, Xarici İşlər naziri Mövlud Çavuşoğlu təmsil edib.
Rousseff, andiçmə mərasimində etdiyi çıxışında korrupsiya ilə mübarizə edəcəyini, iqtisadi inkişaf və təhsildə islahat etmə sözlərini verib.
Xarici işlər naziri Çavuşoğlu, andiçmə mərasimindən əvvəl ikitərəfli görüşlər də keçirib. Mövlud Çavuşoğlu, Fələstin Xarici İşlər naziri Riyad əl Maliki ilə görüşüb. Görüşdə, Fələstin torpaqlarındakı İsrail işğalının sonlandırılması ilə bağlı qərar layihəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməməsindən duyulan təssüf və narahatlıq ifadə edilib.
Nazir, Türkiyənin daim Fələstin dövləti və xalqının yanında olacağını vurğulayıb.
Çavuşoğlu, Mali Xarici İşlər, Afrika inteqrasiya və Beynəlxalq Əməkdaşlıq naziri Abdulaye Diop ilə də görüşüb.
Görüşdə, qarşılıqlı olaraq Səfirliklərin açılmasıyla diplomatik və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və iki ölkə arasındakı ticarət həcminin daha da artırılmasının vacibliyi vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr