ABŞ-ın Əfqanıstandakı hərbi missiyası

ABŞ Əfqanıstandakı hərbi missiyasını gələn həftə başa çatdıracaq.

161131
ABŞ-ın Əfqanıstandakı hərbi missiyası

ABŞ Əfqanıstandakı hərbi missiyasını gələn həftə başa çatdıracaq.
ABŞ prezidenti Barak Obama hərbçilərlə görüşündə bildirib ki, biz 13 ildir fasiləsiz olaraq müharibə vəziyyətindəyik. Vaşinqton və Nyu-Yorkda baş verən terror aktlarına cavab olaraq 2001-ci ilin oktyabrında Əfqanıstanda başlayan əməliyyat gələn həftə sona çatacaq. İnanıram ki, amerikanların kampaniyası nəticəsində əfqanların öz ölkələrini bərpa etmək şansı yaranıb, ABŞ-da isə təhlükəsizlik səviyyəsi yüksəlib.
Obama əlavə edib ki, qarşıda dünyanın bir çox yerlərində, o cümlədən İraqda həyata keçiriləcək mürəkkəb missiyalar durur.
Qeyd edək ki, dekabrın 7-də NATO-nun da Əfqanıstandakı missiyası başa çatıb. Dekabrın ortalarında Obama bildirib ki, 2015-ci ildə Əfqanıstan və İraqda 180 min nəfərlik hərbi gücü 15 min nəfərədək azaldılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr