ABŞ, İraqa 1300 әsgәr göndәrir

Pentaqonun, İŞİD-ә qarşı mübarizәsi davam edir.

153292
ABŞ, İraqa 1300 әsgәr göndәrir

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi Pentaqon, İraq təhlükəsizlik qüvvələrinin terror təşkilatı İŞİD-ә qarşı mübarizəsinə dәsdәk mәqsәdiylә, İraqa min 300 əsgər göndəriləcəyini açıqlayıb.

Pentaqon, keçən ay İraqa göndəriləcəyi açıqlanan 1500 əsgərin min 300-nün yeni ildə İraqa getmək üzrә hazır vәziyyәtdә gözlәdiyini bildirib.
Büdcə konqresdә qәbul olduqdan sonra, ABŞ Müdafiə Nazirliyi təxminən min əsgərin 2015-ci ilin ilk ayında İraqa göndərilməsini nәzәrdә tutan qәrarı tәsdiq edib. 9 ay İraqda qalacaq olan Amerikalı әsgәrlәr İraq təhlükəsizlik qüvvәlәrinә tәlimlәr keçirәcәklәr. Qeyd edәk ki, İraqda təxminən min 600 Amerikalı әsgәr var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr