ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

Obama Rusiyaya qarşı yeni sanksiyalar barədə sərəncam imzalayıb.

153837
ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ Prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar barədə sərəncam imzalayıb. Ağ evin xüsusi bəyanatında sənədin Krım yarımadasına Amerika məhsulları və texnologiyalarının satılmasına, xidmət göstərilməsinə qadağa qoyduğu bildirilir. Bundan başqa, Krımdan Amerikaya mal idxalı və yarımadaya investisiya yatırılması da qadağan edilib.
Krımdakı bəzi şəxslərə və təşkilatlara da sanksiya tətbiq edilib. Onların siyahısı ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən dərc olunub. Siyahıya ümumilikdə Ukrayna və Rusiya vətəndaşı olan 24 separatçı lider, 1 maliyyəçi və onların rəhbərlik etdiyi silahlı dəstələr və təşkilatlar daxildir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr