ABŞ-da etiraz aksiyaları davam edir

Paytaxt Vaşinqtonda ölkǝnin ǝdliyyǝ sisteminǝ etiraz edǝn on minlǝrlǝ qaradǝrili, Konqres binası qarqşısında nümayiş keçirib.

147653
ABŞ-da etiraz aksiyaları davam edir

Paytaxt Vaşinqtonda ölkǝnin ǝdliyyǝ sisteminǝ etiraz edǝn on minlǝrlǝ qaradǝrili, Konqres binası qarqşısında nümayiş keçirib.
Qeyd edǝk ki, avqust ayında Ferqyuson şǝhǝrindǝ 18 yaşlı silahsız qaradǝrili Maykl Braunun polis ǝmǝkdaşı Darren Uilson tǝrǝfindǝn güllǝlǝnmǝsinin ardından ölkǝdǝ qaradǝrililǝr küçǝlǝrǝ axışmışdı.
Klevlandda 12 yaşındakı Temir Raysın da yenǝ bir polis ǝmǝkdaşı tǝrǝfindǝn öldürülmǝsi ölkǝdǝ iğtişaşın artmasına sǝbǝb olub.
Nyu Yorkdakı Erik Qarnerin boğularaq ölmǝsinǝ sǝbǝb olan polis ǝmǝkdaşı ilǝ ǝlaqǝli qǝrar da etiraz aksiyalarının qarşısının alınmasını çǝtinlǝşdirib.
Konqres binası qarşısında bir araya gǝlǝn kütlǝ ǝdalǝt üçün orda olduqlarını bildirǝn şüarlar sǝslǝndiriblǝr.
Uşaq parkında polis tǝrǝfindǝn vurulan Temir Raysın anası Samara Rays, TRT müxbirinǝ onları dǝstǝklǝyǝn bütün ailǝlǝrǝ minnǝtdar olduğunu söylǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr