Medvedev: "Qərb ilə ortaq məxrəcə gəlmək çox çətindir"

Milli pulların dəyərinin aşağı düşməsinin müsbət tərəfləri də var.

145033
Medvedev: "Qərb ilə ortaq məxrəcə gəlmək çox çətindir"

Rusiyanın baş naziri Dmitri Medvedev, Rusiyaya tətbiq olunan sanksiyalar, rublun dəyərinin aşağı düşməsi, Ukrayna ilə yaranan təbii qaz problemi və Qərb ölkələriylə əlaqələri qiymətləndirib.
Milli pullarının dəyərinin aşağı düşməsinin müsbət tərəflərinin də olduğunu da ifadə edən Medvedev, “Valyuta kursunun dəyişməsi nəticəsində ixracatdan daha çox rubl yığılır. Bu da ölkə daxili iqtisadiyyatı inkişaf etdirir” deyə vurğulayıb.
Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara da toxunan Medvedev, “Gələn il çətin keçəcək lakin yığılmış qızıl və valyuta ehtiyatlarımız sayəsində böhrandan xilas olacağıq” deyə bildirib.
Baş nazir, Rusiya və Qərb ölkələri arasında yaranan anlaşılmazlıqla əlaqədar “İmtina edən tərəf Rusiya deyil. Bu səbəblə onlarla ortaq məxrəcə gəlmək çox çətindir. Mövcud ABŞ rəhbərliyinin yürütdüyü siyasət nəticəsində yalnız Moskva və Vaşinqton arasında deyil, Moskva və Brüssel arasında da bir dialoqun təmin edilməsi çətin olacaq” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr