İtaliya baş naziri, Türkiyəyә rәsmi sәfәrә gedir

Matteo Renzi, baş nazir Əhməd Davudoğlunun dəvətinә görә bu gün Türkiyəyә yola düşәcәk.

144610
İtaliya baş naziri, Türkiyəyә rәsmi sәfәrә gedir

İtaliya Baş naziri Matteo Renzi, Baş nazir Əhməd Davudoğlunun dəvətinә görә bu gün Türkiyəyә yola düşәcәk.
İki gün davam edəcək Türkiyәyә sәfәrә çәrçivәsindә Baş nazir Davudoğlu ilə bir araya gәlәcәk olan Benzi, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Avropa İttifaqının növbәti sәdri olan İaliya ilə ikitərəfli əlaqələr vә Türkiyәnin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesinin tәhlil edilәcәyi danışıqlar zamanı Suriya və İraqdakı mövcud vəziyyət başda olmaqla regional və beynəlxalq məsələlər müzakirә olunacaq.
Ankaradakı rəsmi danışıqlardan sonra sabah İstanbula gedәcәk olan Davudoğlu və Renzi qatılacaqları Türkiyə-İtaliya İş Forumunda Türk və İtaliyalı iş adamlarına xitabәn çıxış edәcәklәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr