Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının

Ötən gün İsveçrənin Basel şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 21-ci toplantısı keçirilib.

138132
 Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının

Ötən gün İsveçrənin Basel şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 21-ci toplantısı keçirilib.
Yığıncağın açılışında İsveçrə Xarici İşlər naziri Didier Burkhalter çıxış edib. İlk toplantıda Ukrayna böhranı müzakirə edilib.
Yığıncaqda, Türkiyəni təmsil edən Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ukraynadakı böhranın Avropanın təhlükəsizliyinə də təhdid olduğunu qeyd edərək “Ukrayna və ətrafında baş verən hadisələr Ukraynanın müstəqilliyi, siyasi və ərazi bütövlüyü nəzərə alınaraq həll olunmalıdır” deyǝ bildirib.
Çavuşoğlu, ATƏT-in toplantısı öncəsi Litvanın təşkil etdiyi Krım məsələsi müzakirə edilən yığıncağa da qatılıb.
Nazir, Albaniya Xarici İşlər naziri Ditmir Bushati və Avstriya Xarici İşlər naziri Sebastian Kurz ilə görüşüb.
Çavuşoğlunun avstriyalı həmkarı ilə görüşündə, Suriya və İraqdakı son vəziyyət haqqında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Avstriya və Türkiyə arasında viza və vətəndaşlıq mövzuları da müzakirǝ olunub.
Toplantının ikinci günündə əsas mövzunun, beynəlxalq terrorla mübarizə olacağı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr