Ukraynanın şərqində qarşıdurma: Ölәnlәr var

Ukrayna əsgərləriylә Rus tərəfdaşı separatçılar arasında qarşıdurma baş verib.

210296
Ukraynanın şərqində qarşıdurma: Ölәnlәr var

Ukraynanın şərqindəki atəşkəsə baxmayaraq, Ukrayna əsgərləriylә Rus tərəfdaşı separatçılar arasında baş verәn qarşıdurmalarda 3 əsgər öldürülüb, 15-i isә yaralanıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Analiz Mərkəzi sözçüsü Andrey Lisenkonun mәlumatına görә son 24 saatda separatçıların 25 dəfə atəşkəs pozuntusu etdiyini və bu hücumlarda ağır silahların da istifadə edildiyini bildirib.
Lisenko, hücumlara baxmayaraq Ukrayna əsgərlərinin yerlәşdiklәri bölgәlәrә nәzarәtlәrin davam etdiyini qeyd edib.
Qeyd edәk ki, hökumət qoşunları ilә separatçılar arasında Minsk raşılaşması çərçivəsində atəşkəs elan edilməsinə baxmayaraq, tez-tez silahlı hücumlar baş verir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr