Papadan Müsəlman liderlərə çağırış

Papa Francis, dünən İtaliyaya qayıdarkәn təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

210180
Papadan Müsəlman liderlərə çağırış

Üç gün davam edәn Türkiyəyә sәfәrini yekunlaşdıran Papa Francis, dünən İtaliyaya qayıdarkәn təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşü qiymətləndirdi.
Ərdoğan ilə görüşündə, Müsəlman liderlərə, terrorizmi qınamaları haqqında çağırış etdiyini xatırladan Papa, siyasi və dini liderlər, alimlər və bütün müsəlman intellektuallardan İŞİD və bənzər terrorist qrupların hərəkətlərini qınamalarını istәyib.
Dinlər arası dialoq mövzusunda Diyanət İşləri Başçısı Mәhmәd Görmez və onun qrupuyla çox sәmәrәli söhbәtinin olduğunu ifadә edәn Papa, "Bu yüksək keyfiyyətli danışıqdan xoşbəxt oldum” deyib.
Türkiyə-Ermənistan əlaqələrinə də toxunan Papa, bölgədəki geosiyasi Problemlәrә baxmayaraq xalqlar arasında hәmrәylik yaradılmasını və iki ölkə arasındakı sərhədin açılmasını xahiş etdiyini qeyd edib.
Sultanahmet Məscidində "Türkiyə üçün, sülh üçün, müfti, və özü üçün dua etdiyini ifadә edәn Papa, buna zәrurәt olduğunu vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr