Roma Papası Patriarxlıqda dua edib

Papa Francis, İstanbul səfəri çərçivəsində dünən Fənər Rum Ortodoks kilsәsindә olub.

209690
Roma Papası Patriarxlıqda dua edib


Katolik aləminin ruhani lideri Papa Francis, İstanbul səfəri çərçivəsində dünən Fənər Rum Ortodoks kilsәsindә olub. Papa, partrikxanada piskoposlar tәrәfindәn qarşılanıb. Aya Yorgi Kilsəsinə keçən Papanı, kilsə qarşısında gözləyənlər arasında, Patriarx Bartolomeos da yer alıb.
Birlikdə şam yandıran Ortodoks və Katolik dünyasının ruhani liderləri, dini mәrasimlә qarşılandıqları kilsәdә dua edib. İki ruhani liderin Patrikxana binasındakı görüşündәn sonra Papa Francis, gecəni keçirdiyi, Hərbiyədəki Vatikan sәfirliyinә gedib.
Papanın səfərinin Katolik və Pravoslav kilsələri arasındakı ayrılıqların sona çatması və əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanır.
Papa Francis, bu gün də Patrikxanada Ortodoks Kilsəsinin qurucusu, Əziz Andrea adına təşkil edilən ayinə qatılacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr