ABŞ-dan İsrailə silah yardımı

İsrailin mətbuat orqanları, Amerika Birləşmiş Ştatlarının İsrailə 3 min xüsusi hərbi texnika göndərdiyini bildirir.

208605
ABŞ-dan İsrailə silah yardımı

İsrailin mətbuat orqanları, Amerika Birləşmiş Ştatlarının İsrailə 3 min xüsusi hərbi texnika göndərdiyini bildirir.
ABŞ-ın “Boeing” firması tərəfindən istehsal olunan bu bombaların, İsrailin Qəzzaya hücumu zamanı istifadə olunan bombalara bənzədiyi xəbər verilir.
Yazılan xəbərlərdə, Birləşmiş Ştatların, 82 milyon dollar dəyərində olan texnika üçün İsraildən heç bir ödəmə almayacağı bildirilir.
Bombaların, İsrailə Vaşinqton tərəfindən edilən maliyyə yardımının əvəzində veriləcəyi vurğulanır.
Qeyd edək ki, Birləşmiş Ştatlar, 1978-ci ildə İsraillə imzaladığı müqaviləyə əsasən hər il İsrailə maliyyə yardımı edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr