"Ferqüson hadisələri, ABŞ-ın irqi problemlərinin olduğunu göstərir"

Dolqov, ABŞ-ın Ferqüson bölgəsində baş verən hadisələri “Ferqüson hadisələri, ABŞ-ın irqi problemlərinin olduğunu göstərir” deyə şərh edib.

206186
"Ferqüson hadisələri, ABŞ-ın irqi problemlərinin olduğunu göstərir"

Rusiya Xarici İşlər Nazirliyi İnsan Haqları nümayəndəsi Konstantin Dolqov, ABŞ-ın Ferqüson bölgəsində baş verən hadisələri “Ferqüson hadisələri, ABŞ-ın irqi problemlərinin olduğunu göstərir” deyə şərh edib.
Dolgov, Rusiya dövlət televiziyasına verdiyi açıqlamada, Ferqüsonda irqi ayrı-seçkiliyə görə ortaya çıxan etirazların, ölkənin sabitliyinə zərər verə biləcəyini söyləyib. Cərəyan edən hadisələrin Amerika cəmiyyəti üçün ciddi bir çətinlik olduğunu ifadə edən Dolgov, “İrqi ayrı-seçkilik və etnik gərginliklər, Amerika demokratiyası, cəmiyyətin sabitliyi və bütövlüyü üçün ciddi bir problemdir” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr