Danışıqların müddəti 2015-ci il, iyunun 30-dək uzadılıb

İranın nüvə proqramı ilə bağlı danışıqların müddəti 2015-ci il, iyunun 30-dək uzadılıb.

204345
Danışıqların müddəti 2015-ci il, iyunun 30-dək uzadılıb

İranın nüvə proqramı ilə bağlı danışıqların müddəti 2015-ci il, iyunun 30-dək uzadılıb.
Qǝbul edilǝn qarara ǝsasǝn İranın ölkǝ xaricindǝ dondurulan varlıqlarından hǝr ay 700 milyon dollar sǝrbǝst buraxılacaq.
İran prezidenti Hǝsǝn Ruhani tǝrǝflǝr arasında mövcud olan ziddiyyǝtlǝrdǝn bǝzilǝrinin aradan qaldırıldığını vǝ son tarixǝ qǝdǝr razılıq ǝldǝ olunacağını açıqlayıb.
İngiltǝrǝ Xarici İşlǝr naziri Filip Hammond vǝ Rusiya Xarici İşlǝr naziri Sergey Lavrov isǝ, görüşlǝrdǝ önǝmli addım atıla bilmǝdiyini bildirib.
Diplomatik mǝnbǝlǝr, gǝlǝcǝk ilin mart ayının 1-dǝk ümumi mövzularda razılıq ǝldǝ edilǝ bilǝcǝyini, daha sonra isǝ texniki detalların müzakirǝ edilǝ bilǝcǝyini bildirir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr