"Neftin ədalətli qiyməti 100 dollardır"

Nikolas Maduro: “Neftin bir barelinin qiyməti 100 dollar olmalıdır”

199500
"Neftin ədalətli qiyməti 100 dollardır"

Neftin bir barelinin qiyməti 100 dollar olmalıdır. Bunu Venesuela prezidenti Nikolas Maduro deyib. Onun sözlərinə görə, neftin qiymətinin 100 dollar və ya bu qiymətə yaxın olması ədalətlidir və dünya iqtisadiyyatı bunu qəbul edib. Maduro bildirib ki, neft üçün bu qiymət dünya səviyyəsində neft sahəsində investisiyaların diversifikasiyasının sabit olmasına zəmanət verir. Venesuela prezidenti ABŞ-ı Rusiyanın mənafeyinə zərbə vurmaq və neftin qiymətinin gələcəkdə də ucuzlaşması üçün neft hasilatında frekinq metodundan istifadə etməkdə ittiham edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr