Obamanı ölümlə hədələyən qadın 21 ay həbs cəzası alıb

ABŞ məhkəməsi Prezident Barak Obamanı öldürəcəyi ilə hədələyən qadına 21 ay həbs cəzası verib.

198322
Obamanı ölümlə hədələyən qadın 21 ay həbs cəzası alıb

ABŞ məhkəməsi Prezident Barak Obamanı öldürəcəyi ilə hədələyən qadına 21 ay həbs cəzası verib.
Texas ştatının Hyuston şəhərinin sakini olan Deniz O`Nil adlı qadın federal məhkəmənin iclasında danışıb ki, 2013-cü ilin noyabrında "Teddy Bear Paradise" imzası ilə ABŞ Prezidentinin ünvanına təhdid məzmunlu məktub göndərib. Sonralar qadın xüsusi xidmət orqanlarının əməkdaşlarına özü Obamanı qətlə yetirə bilməyəcəyi halda qatil tutmaq niyyətində olduğunu deyib.
Agentliyin məlumatına görə, 56 yaşlı qadın avqust ayında günahkar olduğunu etiraf edib. Qeyd edək ki, noyabrın əvvəlində Barak Obama və xanımı Mişel Obamanın ünvanına təhdidə görə Merilend ştatının sakini məhkəməyə cəlb edilib. Məhkəmə sənədlərinə görə, Annapolisdən olan 42 yaşlı Kristofer Perkins Brayan Ağ Evin saytına ABŞ Prezidentinə və onun bütün ailə üzvlərinə bədən xəsarətləri yetirəcəyi barədə təhdidedici xəbərdarlıq göndərib. Təhdidlər, həmçinin B.Obamanın “İslam Dövləti” qruplaşması və "Ebola" virusu ilə bağlı fəaliyyətinə görə təhqirlərlə də müşayiət olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr