Avropa İttifaqı Xarici İşlər nazirlərinin konfransı

Ukraynanın şərqində təhlükəsizlik böhranı güclənərkən, hər kəsin diqqəti qərbdən gələn yeni hücumlara yönəlib.

194018
Avropa İttifaqı Xarici İşlər nazirlərinin konfransı

Ukraynanın şərqində təhlükəsizlik böhranı güclənərkən, hər kəsin diqqəti qərbdən gələn yeni hücumlara yönəlib.
Avropa İttifaqı Xarici İşlər Nazirləri yenidən Ukrayna məsələsini müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.
Brüsselə gedən Ukrayna Xarici İşlər naziri Pavlo Klimkin, Avropa İttifaqından Moskvaya "açıq mesaj" verməsini istəyib.
İngiltərədən gələn "Rusiyaya qarşı iqtisadi sanksiyalar daha da artsın” çağırışını, Polşa və Baltik ölkələrdən başqa Avropa İttifaqına üzv digər ölkələr qəbul etməyib.
Avropa İttifaqı Xarici İşlər nazirləri, Rus tərəfdarı separatçıları qara siyahıya alaraq, mal varlıqlarını dondurma və səyahət qadağası kimi qərarlarla kifayətlənib.
Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federica Mogherini, Rusiyaya qarşı sanksiyaların gücləndiriləməsinin problemin həll olunmasına kömək etməyəcəyini deyib. Böhranın hərbi, iqtisadi və humanitar baxımdan daha çox dərinləşməsini istəmədiklərini ifadə edən Mogherini, ən qısa zamanda Ukraynada koalisiya hökuməti qurularaq islahat prosesinin başlamasını istədiklərini deyib.
Toplantıda müzakirə olunan digər bir məsələ İsrail-Fələstin problemi olub. Federica Mogherini, "Sülh prosesinin yenidən başlamasını dəstəkləyirik” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr