Quş qripi yenidən yayıldı

Toyuq fermasında ölümcül quş qripi virusu aşkarlanıb.

192460
Quş qripi yenidən yayıldı

Hollandiyanın Utrecht əyalətinin Hekendorp şəhərindəki toyuq fermasında ölümcül quş qripi virusu aşkarlanıb. Hollandiya hökumətinin məlumatına görə, toyuqlar üçün “ölümcül” olan mikrob, insana da keçə bilər. Virusun 4 Noyabrda Almaniyanın şimal-şərqində aşkarlanan virusla eyni olduğu sübut olunub. Quş qripindən 150 min toyuq tələf olub. Bölgədəki digər iki ferma karantinə alınıb. Bütün ev heyvanlarının köçürülməsi prosesi dayandırılıb. Hollandiyada son dəfə ötən ilin mart ayında quş qripi aşkarlanmış, 10 min toyuq tələf olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr