Obama "Әsәdә qarşı izlәdiyimiz siyasәtdә heç bir dəyişiklik yoxdur"

ABŞ prezidenti Barak Obama, Əsədin iqtidardan kәnarlaşdırılmasına dair planlarının olmadığını bildirib.

192448
Obama "Әsәdә qarşı izlәdiyimiz siyasәtdә heç bir dəyişiklik yoxdur"

Obama "Әsәdә qarşı izlәdiyimiz siyasәtdә heç bir dəyişiklik yoxdur".
ABŞ prezidenti Barak Obama, Əsədin iqtidardan kәnarlaşdırılmasına dair planlarının olmadığını bildirib.
Böyük 20-liklәr Zirvə toplantısından sonra mətbuat konfransı təşkil edən ABŞ prezidenti Obama, Əsədin legitimliyini itirdiyini ancaq onu vəzifədən uzaqlaşdırmaq kimi bir planlarının olmadığını qeyd edib. Onun sözlәrinә görә elә bir mәrhәlә gәlib çatacaq ki, Suriya xalqı, İran və Rusiya kimi Əsədi dəstəkləyən bölgə gücləri aralarında siyasi dialoqa zәrfurәt artacaq.
Terror təşkilatı İŞİD-ә qarşı döyüşmək üçün ABŞ əsgərlərini bölgəyə göndərmək istəmədiyini daha bir dәfә sәslәndirәn Obama, şərtlərin hər an dəyişə bilәcәyini vurğulayıb.
Ukraynada yaşanan böhrana da toxunan Obama, "Rusiya, Ukrayna ilə problemlərini həll edib və beynəlxalq qaydalara tabe olsa bütün embarqoları qaldıran ilk ölkә ABŞ olacaq. Əks halda Rusiyanın təkliyi davam edər" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr