Meksikada təyyarə qəzaya uğrayıb

Meksikanın Tamaulipas ştatında iki mühərrikli kiçik təyyarə qəzaya uğrayıb, nəticədə 6 nəfər ölüb.

191785
Meksikada təyyarə qəzaya uğrayıb

Meksikanın Tamaulipas ştatında iki mühərrikli kiçik təyyarə qəzaya uğrayıb, nəticədə 6 nəfər ölüb.
Məlumatlara görə, “Piper” tipli təyyarə San Luis Potosi şəhərindən Torreona uçarkən hələlik məlum olmayan səbəbdən yerə çırpılıb.
Ölənlərdən 5 nəfərin bir ailə üzvü, bir nəfərin isə pilot olduğu bildirilir. Qəza ucqar ərazidə baş verdiyindən xilasedicilər hadisə yerinə gec gəlib. Cəsədlərin yanaraq tanınmaz hala düşdüyü bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr