Birinci Dünya Müharibəsinin 100 illiyi

Türkiyədə Birinci Dünya Müharibəsinin 100 illiyinə həsr olunmuş simpoziumda azərbaycanlı tədqiqatçılar da iştirak edəcək.

191690
Birinci Dünya Müharibəsinin 100 illiyi

Türkiyədə Birinci Dünya Müharibəsinin 100 illiyinə həsr olunmuş simpoziumda azərbaycanlı tədqiqatçılar da iştirak edəcək.
Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyalar Komandanlığının Strateji Araşdırmalar İnstitutunda «1914-cü ildən 2014-cü ilə – 100-cü ilinində Birinci Dünya Savaşını anlamaq» mövzusunda beynəlxalq simpozium keçiriləcək. Məlumatlar görə, tədbir noyabrın 20-də başlayacaq və 2 gün davam edəcək. Simpoziumda Birinci Dünya Müharibəsi və müharibədən sonra meydana gələn siyasi, sosial və iqtisadi proseslər barədə müzakirələr aparılacaq. Eyni zamanda Türkiyə ilə yanaşı ABŞ, Azərbaycan, Bolqarıstan, Hindistan, Qırğızıstan, Macarıstan, Pakistan və Serbiyadan hərb tarixi, təhlükəsizlik strategiyaları və beynəlxalq əlaqələr sahəsində fəaliyyət göstərən 27 tədqiqatçı çıxışlar edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr