İlin sonunadək Ukrayna Rusiyadan 1 milyard kubmetr qaz alacaq

Rusiya Dövlət Başçısı Vladimir Putin, ABŞ və Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyaların yalnız Rusiyaya deyil, qlobal iqtisadiyyata də zərər verdiyini deyib.

190379

“TASS” xəbər agentliyinə musahibə verən Vladimir Putin ölkəsinə qarşı sanksiyalar və neft bazarına münasibət bildirib. Rusiyalı lider, varlıqların dondurulması, viza rejiminin məhdudlaşdırması, rus şirkətlərin Qərb maliyyə bazarına girişinin maneə törədilməsi kimi sanksiyaların beynəlxalq hüquqa zidd olduğunu deyib.
Bu işlərdə yalnız BMT-nin səlahiyyəti olduğunu qeyd edən Putin, bu şəkildə problemin həll ediləcəyinə ümid etdiyini vurğulayıb. Vladimir Putin, Rusiyanın Ukrayna siyasətini dəyişdirməsi üçün tətbiq olunan sanksiyaların və neft qiymətlərinin ucuzlaşmasının Rusiya iqtisadiyyatına zərər verdiyini etiraf edib.
Lakin onu da vurğulayıb ki, “Ehtiyatlarımız yeni bir böhranla mübarizə aparacaq qədər böyükdür” Ölkənin neft şirkəti “Rosneft”in Milli Rifah Fondundan kömək almasını geri etmədiyini söyləyən lider, şirkətin ehtiyaclarına dair analiz edilməsinin lazımlı olduğunu ifadə edib.
Bu arada Ukrayna Enerji naziri, ilin sonuna qədər 1 milyard kubmetr Rus qazını satın ala biləcəklərini açıqlayıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr