"Ebola"ya daha 28 milyon dollar yardım

Əddis-Ababada, Ebola təhlükəsi ilə mübarizə yollarını müzakirə etmək üçün toplantı keçirilib.

185892
"Ebola"ya daha 28 milyon dollar yardım

Afrikalı iş adamları, Afrika İqtisadiyyat Komitəsi və İnkişaf Bankının ali nümayəndələri Afrika Birliyinin, Efiopiyanın paytaxtı Əddis-Ababadaki ümumi mərkəzində, getdikcə artan Ebola təhlükəsi ilə mübarizə yollarını müzakirə etmək üçün toplantı keçirib. Afrika Birliyi Başçısı Nkosazana Dlamini-Zuma, çıxışında, Ebola virusunun yalnız Afrikanı deyil bütün dünyanı qorxuya salan bir vəziyyətə gəlib çııxdığını söyləyib. Zuma, bu “qlobal qorxunu” nun qarşısını almaq üçün BMT-yə bağlı Afrika İqtisadiyyat Komitəsi, Afrika Birliyi və Afrikalı iş adamlarının birgə fəaliyyət göstərmək qərarı aldığını ifadə edib. Afrikalı iş adamlarının nümayəndəsi Strive Masiyiva da, Sierra Leon, Liberiya və Qvineyada min tibb işçilərinin bu işə yönəldilməsi məqsədilə 28 milyon dollarlıq təcili fond yaradılması ilə bağlı qərar verdiklərini deyib. Virusun yayılmasının qarşısını almaq məqsədi ilə qarşıdakı günlərdə bir sıra cəhdlər başladacaqlarını deyən Masiyiva, enerji, mədən, və digər xidmət sahələri başda olmaqla özəl sektordan dəstək alacaqlarını vurğulayıb. "Ebolayla Mübarizə Üçün 1 Dollar" şüarı ilə başladacaqlar yardım kampaniyası vasitəsilə də xəstəliklə mübarizə üçün hədiyyə toplanacağını ifadə edib.


 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr