Obamanın Əli Xamneyiyə gizli məktub göndərdiyi iddiası

ABŞ prezidenti Barak Obamanın ötən ayın ortalarında İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə gizli məktub göndərdiyi irəli sürülüb.

184678
Obamanın Əli Xamneyiyə gizli məktub göndərdiyi iddiası

ABŞ prezidenti Barak Obamanın ötən ayın ortalarında İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə gizli məktub göndərdiyi irəli sürülüb.
Buna cavab olaraq Ağ Ev “İran mövzusundakı siyasətimiz dəyişmədi” deməklə kifayətlənib.
Ağ Evin mətbuat katibi Coş Ernest “Prezident ilə hər hansı bir dünya lideri arasındakı xüsusi yazışmaları müzakirə edəcək səlahiyyətə malik deyiləm. Lakin İranla bağlı onu söyləyə bilərəm ki, bu siyasət dəyişməyəcək” deyib.
Amerika mətbuatında yayılan xəbər görə, məktub, İŞİD-la mübarizədə tərəfdaşlıq və nüvə müzakirələrinin müsbət nəticələnməsi üçün İran dini liderliyinin rəftarını yumşaldılmasını nəzərdə tutur. Məktubda, Obamanın, İŞİD mövzusunda Tehran ilə əməkdaşlığın böyük nisbətdə İranın nüvə proqramına dair razılığa bağlı olduğuna diqqət çəkildiyi bildirilir.
Məktubun, Obamanın prezident dövrü boyunca İranın ən ali siyasi və dini liderlərinə göndərdiyi dördüncü məktub olduğu qeyd edilir. Vaşinqton, müttəfiqi Ərəb ölkələri və İsrailin reaksiyasını özünə çəkməmək üçün məktubu gizli saxlayır. Cünki bu ölkələr, İranla aparılacaq bir nüvə razılaşmasının, gələcəkdə İranın nüvə silah ǝldǝ etməsinə və bölgədəki tarazlıqları dəyişdirməsinə gətirib çıxarmasından narahatlıq hiss edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr